SƏTƏM və Proses təhlükəsizliyi komitəsi

img

İbrahim Server Sevil / komitə rəhbəri

İş yeri: "SOCAR Downstream Management" MMC Vəzifə: SƏTƏM və Proses Təhlükəsizliyi üzrə direktor

İbrahim Server Sevil Neft-qaz da daxil olmaqla müxtəlif sənaye sahələrində sağlamlıq, təhlükəsizlik və ətraf mühit proqramlarının idarə edilməsində təcrübəyə malik SƏTƏM və Proses Təhlükəsizliyi Peşəkarıdır. Əməyin təhlükəsizliyi və sağlamlığı üzrə NEBOSH Diplomuna, Texas A&M  Universitetində Hadisə Komandalığı Təliminə və SƏTƏM idarəetməsində müxtəlif digər sertifikatlara malikdir. SOCAR, TÜRPAŞ, Shell, İpragaz və s. daxil olmaqla bir çox şirkətlərdə işləmişdir. Hal-hazırda "SOCAR Downstream Management" MMC-də SƏTƏM üzrə menecer vəzifəsində çalışır.

img

Elxan Çərkəzov

İş yeri: ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Vəzifə: Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdir müavini

Elxan Çərkəzov “Azərbaycan Dəmir Yolları” QSC-nin Yanacaq və sürtkü yağları təminatı departamentində SƏTƏMM şöbəsinin rəisi vəzifəsində, daha sonra QSC-nin  Yanacaq və enerji resurslarının idarə edilməsi departamentində Texniki istismar şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

2023-cü ilin fevral ayından ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdir müavini vəzifəsində fəaliyyət göstərir.
Elxan Çərkəzov 20 sayda SƏTƏM üzrə müxtəlif yerli və beynəlxalq sertifaktlara (for ex: İOSH, İSO 45001:2018 və s) malikdir.